Bakcell şirkəti “Mançester Yunayted”lə tərəfdaşlıq edir

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti dünyanın ən məşhur futbol klublarından olan "Mançester Yunayted"lə (Manchester United) tərəfdaşlıq etdiyini böyük məmnuniyyətlə elan edir.

Alt illik tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün MDB məkanında “Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq bu komandanın ölkədəki  azarkeşlərinə və 2.6 milyondan artıq Bakcell abunəçisinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edir. Bakcell eyni zamanda məşhur olan futbol klubu ilə əməkdaşlıq quran ilk Azərbaycan şirkətidir.

Bakcell-in rəsmi “Mançester Yunayted” mobil xidmətlər paketinin abunəçiləri klubun ən son xəbərləri, son oyunların video görüntüləri, rinqtonlar, divar kağızları və s. əldə edə bilirlər. Bakcell, həmçinin Klubun rəsmi “MUTV” televiziya kanalını Azərbaycanda yaymaq hüququna malik olub, futbol azarkeşlərinə futbolçuların son müsahibələri və səhnəarxası çəkilişlərini izləmək imkanını verilir. 

Bakcell və “Mançester Yunayted” arasında əməkdaşlığa həsr olunmuş xüsusi Wap portal fəaliyyət göstərir. Həmin portal vasitəsilə abunəçilərə klubla bağlı xəbərlər, videolar, canlı skor, divar kağızları, rinqtonlar, çağırış siqnalları və s.kimi müxtəlif xidmətlər təklif olunur,  tədbirləri və s. haqqında məlumat yerləşdirilir.

Bu maraqlı tərəfdaşlıqdan söz açan Klubun Əlaqələr üzrə Direktoru Nik Hamfreys  deyib: “”Mançester Yunayted” Azərbaycanın İlk Mobil Operatoru Bakcell şirkəti ilə əməkdaşlıq etməkdən çox məmnundur. Yeni müqaviləmiz “Mançester Yunayted” üçün daha bir ilkdir, çünki bu, Azərbaycanla olan yeganə əməkdaşlığımızdır. Azərbaycanlı azarkeşlərimizin sayı gündən-günə artır və biz inanırıq ki, Bakcell şirkəti ilə iş birlliyimiz azarkeşlərimizə sevdikləri kluba daha yaxın olmaq imkanı yaradacaq”.

“Azərbaycanın İlk Mobil Operatoru Bakcell daim “İLKlər” şirkəti olub və dünyanın bir nömrəli futbol brendi olan “Mançester Yunayted”lə əməkdaşlıq bunun daha bir əyani sübutudur. Bakcell tək Azərbaycanda yox, bütün MDB məkanında dünyanın ən böyük futbol klublarından biri ilə əməkdaşlıq edən ilk şirkətdir. Bu əməkdaşlıq sayəsində Bakcell müştəriləri, “Mançester Yunayted” azarkeşləri, ölkənin və bütün regionun futbolsevərləri futbola və “Mançester Yunayted”ə daha yaxın olacaqlar”, deyə Bakcell şirkətinin Baş İcraçı Direktoru cənab Riçard Şirer bildirib.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

Bakcell-in şəbəkəsi ölkə əhalisinin 99%, ölkə ərazisinin 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan şirkət, Sür@ xidməti və yeni tərfədaşlıqları vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidmətləri Mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.  Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.