download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Oшибка

    Bakcell abunəçilərinin nəzərinə
    20.04.2024


    Daim yenilənən dövrdə abunəçilərə ən son innovativ həlləri təqdim etmək, dəyişikliyə çevik adaptasiya, xidmət keyfiyyətinin daha da yüksəldilməsinə ehtiyac duyulur. Bunu nəzərə alaraq, Bakcell şirkəti 1 may 2024-cü il tarixindən etibarən aşağıda qeyd olunan tarif və xidmətlərə yeni qiymət strukturu təqdim edəcək.


    Dəyişikliyə əsasən:

     

    "Klass 10" tarifində ölkədaxili zənglər 50 dəqiqə artırılaraq 400 dəqiqə təşkil edəcək. Həmçinin, tarifinin aylıq abunə haqqı 11 AZN olaraq, yeni adı "Klass 11" olacaq.

    "Klass 10 Fakturalı" tarifində ölkədaxili zənglər 50 dəqiqə artırılaraq 400 dəqiqə təşkil edəcək. Həmçinin, tarifinin aylıq abunə haqqı 11 AZN olaraq, yeni adı "Klass 11 Fakturalı" olacaq.

    "Klass 15" tarifində ölkədaxili zənglər 100 dəqiqə artırılaraq 600 dəqiqə təşkil edəcək. Həmçinin, tarifinin aylıq abunə haqqı 17 AZN olaraq, yeni adı "Klass 17" olacaq.

    "Klass 15 Fakturalı" tarifində ölkədaxili zənglər 100 dəqiqə artırılaraq 600 dəqiqə təşkil edəcək. Həmçinin, tarifinin aylıq abunə haqqı 17 AZN olaraq, yeni adı "Klass 17 Fakturalı" olacaq.

    "Klass 25" tarifində şəbəkəxarici zənglər 100 dəqiqə artırılaraq 350 dəqiqə təşkil edəcək. Həmçinin, tarifinin aylıq abunə haqqı 28 AZN olaraq, yeni adı "Klass 28" olacaq.

    "Klass 25 Fakturalı" tarifində şəbəkəxarici zənglər 100 dəqiqə artırılaraq 350 dəqiqə təşkil edəcək. Həmçinin, tarifinin aylıq abunə haqqı 28 AZN olaraq, yeni adı "Klass 28 Fakturalı" olacaq.

    "Klass 50" tarifində şəbəkəxarici zənglər 150 dəqiqə artırılaraq 650 dəqiqə təşkil edəcək. Həmçinin, tarifinin aylıq abunə haqqı 55 AZN olaraq, yeni adı "Klass 55" olacaq.

    "Klass 50 Fakturalı" tarifində şəbəkəxarici zənglər 150 dəqiqə artırılaraq 650 dəqiqə təşkil edəcək. Həmçinin, tarifinin aylıq abunə haqqı 55 AZN olaraq, yeni adı "Klass 55 Fakturalı" olacaq.


    "Klass 3XL 2017" tarifinin aylıq abunə haqqı 55 AZN təşkil edəcək;

    "Klass 3XL MNP" tarifinin aylıq abunə haqqı 28 AZN təşkil edəcək ;

    "Klass 4XL MNP" tarifinin aylıq abunə haqqı 50 AZN təşkil edəcək;

    "Klass L New" tarifinin aylıq abunə haqqı 6 AZN təşkil edəcək;

    "Klass M 2017" tarifinin aylıq abunə haqqı 3 AZN təşkil edəcək;

    "Klass XL 2017" tarifinin aylıq abunə haqqı 11 AZN təşkil edəcək;

    "Klass XXL 2017" tarifinin aylıq abunə haqqı 28 AZN təşkil edəcək;

    "Klass 3XL 2017" tarifinin aylıq abunə haqqı 55 AZN təşkil edəcək;

    "Klass XXL MNP" tarifinin aylıq abunə haqqı 17 AZN təşkil edəcək ;


    "İLK" tarifi üzrə ölkədaxili zənglərin dəqiqəsinin qiyməti 0.08 AZN təşkil edəcək.

    "DaimOnline 1, 6, 10, 20" tarifləri (yeni adları ilə "DaimOnline 1", "DaimOnline 7", "DaimOnline 11", "DaimOnline 22") üzrə zəng limiti bitdikdən sonra ölkədaxili zənglərin dəqiqəsi 0.10 AZN təşkil edəcək, həmin tariflər üzrə aylıq abunə haqqı 3, 7, 11, 22 AZN təşkil edəcək.

    "DogmaCİN" tarifi üzrə ölkədaxili zənglərin dəqiqəsi 0.07 AZN təşkil edəcək;

    Mövcud "CINeration" tarifində olan abunəçilər "DaimOnline 7" tarifinə miqrasiya olunacaq. 


     

    Əlavə olaraq:

    Beynəlxalq zənglərin qiyməti həftəiçi 0.40 AZN, həftəsonu 0.30 AZN, SMS xidməti 0.32 AZN təşkil edəcək;

    “Sənə zəng etmişdim” xidmətinin aylıq abunə haqqı 0.30 AZN təşkil edəcək;

    Dəyişikliyə əsasən, Bakcell abunəçilərindən aylıq 0.99 AZN xərcləmə minimumu tələb ediləcəkdir. Ay ərzində qeyd olunan məbləğdən aşağı xərclənmə baş verdiyi halda balansdan 0.99AZN tutulub, məbləğ müqabilində abunəçiyə şəbəkədaxili 50 dəq, 50 SMS və 100MB internet təqdim ediləcək.

    SMS xidməti 0.09 AZN təşkil edəcək;


    Balansa yükləmələr üzrə istifadə müddətləri aşağıdakı qaydada dəyişəcək:

    1-1.99AZN  - 4gün

    2-2.99AZN - 10 gün

    3-4.99 AZN - 20 gün

    5-9.99AZN - 30 gün

    10-19.99 AZN - 50 gün

    20-49.99 AZN - 60 gün

    50+ AZN - 120 gün


    Təyin olunacaq yeni qiymət dəyişikliyi nəticəsində abunəçilər üçün şəffaf qiymət modeli, əlverişli və rahat istifadə imkanları təmin olunacaq.